PVC BANTLAR

Davamlılığına görə müxtəlif sinif kateqoriyalarına bölünən PVC konveyor bantlarının əsas materialı PVC (Polivinilxlorid) dir. Bu bantlar motor-reduktordan asılı olaraq işlədiyi üçün tənzimləmək də asandır.
Məhsulun necə olmasından asılı olmayaraq, yaş, nəm və ya quru fərq etmədən rahatlıqla daşıma özəlliyi mövcuddur.
Ən başlıcası, daşınacaq məhsula görə lenti seçməkdir. Seçilən lenta materiala uyğun olaraq seçilməsə, məhsulu daşıya bilmədiyi üçün məhsulun düşməsi, qırılması və daşınması çox çətin olacaq.